Əfv Məsələləri Komissiyası bu gün yeni müraciətlərə baxacaq
Sosial
4-03-2021, 09:55
Bu gün Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçiriləcək.
Xeberekspress.az xəbər verir ki, iclasda əfvlə bağlı yeni müraciətlərə baxılacaq.
Qeyd edək ki, indiyədək komissiyanın 5 iclası keçirilib və daxil olan müraciətlərin 550-dən çoxuna baxılıb.
İclaslarda əsasən yol nəqliyyat hadisəsi törətmiş şəxslərin, əcnəbilərin və hərbi qulluqçuların müraciətlərinə baxılıb.
