Vilayət Eyvazov işdən çıxardığı şöbə rəisinə daha aşağı VƏZİFƏ VERDİ
Sosial
22-03-2021, 11:02
Daxili İşlər orqanlarında kadr dəyişikliyi olub.
Unikal.org-un əldə etdiyi məlumata görə, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə, polis mayoru Vüqar Abbasov Xətai rayon polis idarəsinin ictimai təhlükəsizlik şöbəsinin baş inspektoru vəzifəsinə təyin edilib.
Qeyd edək ki, o, bir müddət öncə Suraxanı RPİ-nin ictimai təhlükəsizlik şöbəsinin rəisi vəzifəsindən azad olunaraq sərəncama götürülmüşdü.
