Bakı-Qəbələ qatarı üçün biletlərin qiymətləri yaxın vaxtlarda açıqlanacaq

Sosial
18-05-2021, 11:32
 

Bakı-Qəbələ qatarı üçün biletlərin qiymətləri yaxın vaxtlarda açıqlanacaq

 

Bakı-Qəbələ qatarı pandemiya ilə əlaqədar hələlik sərnişinlərin istifadəsinə verilməyib. 

Bu barədə "Azərbaycanda Dəmir Yolları” QSC-nin mətbuat xidmətinin rəhbəri Natəvan Bayramova deyib.

O qeyd edib ki, qatar istifadəyə tam hazırdır:

 

"Pandemiya ilə əlaqədar regionlararası və beynəlxalq sərnişin daşıma dayandırılıb. Buna görə Bakı-Qəbələ qatarı hələ sərnişinlərin istifadəsinə verilməyib”. 

N.Bayramova Bakı-Qəbələ qatarlarında sərnişin biletlərinin qiymətləri barədə yaxın vaxtlarda məlumat verəcəyini bildirib.

"Biletlərin qiymətləri hələ dəqiqləşdirilməyib. Pandemiya bitəndən sonra bu barədə həm rəsmi saytınızda, həm də sosial şəbəkələrdə ictimaiyyətə məlumat verəcəyik”.