Nazirdən Ramiz Zeynalovla bağlı ƏMR - xidmət müddəti bir il artırılıb

Sosial
26-05-2021, 19:45

Nazirdən Ramiz Zeynalovla bağlı ƏMR - xidmət müddəti bir il artırılıb

 


Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalovla bağlı əmr verib.

Xeberekspress.az xəbər verir ki, Unikal.org-un məlumatına görə, nazirin əmri ilə R.Zeynalovun daxili işlər orqanlarında xidmət müddəti bir il artırılıb.

Qeyd edək ki, Ramiz Zeynalovun 2021-ci ilin 19 fevral tarixində 70 yaşı tamam olub.