“Azercell” bu gün abonentlərin xidmətdən istifadə zamanı qarşılaşdığı çətinliklərlə bağlı açıqlama yaydı

Sosial
27-05-2021, 19:06

“Azercell” bu gün abonentlərin xidmətdən istifadə zamanı qarşılaşdığı çətinliklərlə bağlı açıqlama yaydı

 


"Azercell” bu gün abonentlərin xidmətdən istifadə zamanı qarşılaşdığı çətinliklərlə bağlı açıqlama yayıb.

Məlumatda deyilir:

"Abunəçilərimizin nəzərinə çatdırmaq istərdik ki, bəzi bölgələrdə zənglərin həyata keçirilməsində və bəzi xidmətlərin istifadəsində müvəqqəti çətinliklərlə qarşılaşması mümkündür.

Yaranmış narahatçılığa görə təəssüf edir və bildiririk ki, aparılan təkmilləşdirmə işləri ən qısa zamanda  yekunlaşdırıldıqdan sonra xidmətlərdən tam normal əsaslarla istifadə edilməsi təmin ediləcək”.