Şəfalı əllərin işığında

Bir dərman istəsən dərdinə əgər,
Gizlətmə dərdini, təbibə göstər.
N.Gəncəvi.
Azərbaycan tibb elminin yaratdığı xariqələr gündən-günə, aydan-aya, ildən-ilə daha da parlaq şəkildə özünü büruzə verir. İndi həkimlərimizin xoş sorağı yaxın-uzaq tibb ocaqlarından eşidilməkdədir. Gecəsini gündüzünə qatıb xəstənin başı üzərindən bir an belə aralanmayan həkimlərimiz barəsində nə qədər xoş sözlər söyləsək, bitib-tükənməz. Hər bir insan xəstələnəndə onun ümid dolu gözləri ağ xalatlı həkimlərə zillənir, onlardan dərdlərinə əlac diləyirlər.
Cəmiyyətimizin sağlamlığı keşiyində fədakarcasına çalışan, Hippokrat andına sadiq qalan, sevib-seçdiyi peşəsi ilə fəxrimiz olan həkimlərimiz çoxdur. Onların hər biri xəstəyə doğma münasibət bəsləməklə onlara həyat verir və onların doğmalarının, yaxınlarının sevincinə şərik olurlar. Hər bir həkim yaxşı bilir ki, ona məsuliyyətli və şərəfli bir iş - insan taleyi tapşırılıb. Ona görə də həkim ona göstərilən etimadı layiqincə doğrultmaq üçün qollarını çırmayıb işə başlayır, elə ilk gündən peşəkar bir həkim kimi xalqın dərin hörmətini qazanmaq üçün əlindən gələnləri etməyə başlayır. Qədirbilən xalqımız da təcrübəli həkimə böyük hörmət və izzətlə müraciət edir və dərdlərinə çarə tapır, yalnız bundan sonra həkimin ünvanına xoş sözlər söyləyirlər.
Son zamanlar bütün sahələrdə olduğu kimi, tibb sahəsində də əsaslı islahatlar aparılmış və bu islahatlar öz bəhrəsini vermişdir. Respublikamızda əvvəlki illərlə müqayisədə tibb sahəsində əldə olunan nailiyyətlər saysız-hesabsızdır. Bu nailiyyətlərdə hər bir həkimin öz payı var. Belə həkimlərdən biri də Nizami Hüseynovdur.
İnsan sağlamlığı naminə həkimlik peşəsi ilə ülfət bağlayan təcrübəli həkimlərimizdən olan Nizami Hüseynov oxucularımız ilə tanış edirik:
N. Hüseynov Azərbaycan Tibb Universitetinin stomatoloq fakültəsini bitirib. Hələ uşaqlıq çağlarından Nizaminin ən ümdə arzusu həkim, yəni diş həkimi olub insanların sağlamlığı keşiyində durmaq olub. Nəhayət, arzusu da çin oldu. Azərbaycan Tibb Universitetini bitirdikdən sonra Nizami savadlı bir diş həkimi kimi əmək fəaliyyətinə başladı. İlk gündən bacarığı və savadı ilə insanlar arasında xüsusi hörmət qazanan Nizami haqda onu tanıyanlardan soruşduqda hər kəs bu həkimin bacarığından ağızdolusu söhbət açır. Yaxşı həkim olması ilə yanaşı, həm də yüksək insani keyfiyyəti ilə seçilir. O, uzun illərdir ki, Qara Qarayev metrostansiyasının çıxışında yerləşən "Oral Dent" klinikasında çalışır. Ona müraciət edən hər bir xəstəni diqqətlə dinlədikdən sonra təyinatı üzrə rentgen müayinəsindən keçirir, sonra isə müalicə işinə başlayır.
Nizami həkimin vurğuladıqları:
- Bu peşəyə bağlanmaqda əsas məqsədim insanlara sağlam təbəssüm, gülüş bəxş etmək olub. Sağlam diş sağlam orqanizm deməkdir. Əgər dişlərimiz sağlamdırsa, o zaman ağızda da heç bir infeksiya, mikrob ola bilməz. Diş xəstəliyi elə bir xəstəlikdir ki, insan orqanizminin digər orqanlarına belə təsir edir. Əgər qida lazımi qədər çeynənəmirsə, demək, o qida mədədə həzm olunması belə çətinlik yaradır.
Dişlər əsasən qidalanma, həzmetmə prosesinin əvvəlində iştirak edir. Bununla yanaşı dişlərbaşqa strukturlar ilə birgə, həm də nitqin formalaşmasında, tələffüzdə də xüsusi rol oynayır. Üzün estetik görnüşünün də əsas elementlərindəndir.
Dişlərə xüsusi qulluq lazımdır. Dişlərin saflığı insanın qəlbən sağlamlığı deməkdir. Hər kəsə tövsiyə edərdim ki, dişlərinə mütləq mütəmadi olaraq qulluq etsinlər.
İşlədiyim müddət ərzində ölkə rəhbərliyinin daim diqqət və qayğısını hiss etmişik. İnanırıq ki, bundan sonra da diqqət və qayğı ilə əhatə olunacağıq. Hər kəsə sağlam təbəssüm, sağlam gülüş arzulayıram.
Son olaraq biz də Nizami həkimə işlərində böyük uğurlar arzulayırıq.
Şamo Nərimanoğlu,
Filoloq-jurnalist,
"Peşəkar jurnalist",
"İlin redaktoru",
"Cəsarətli qələm"
media mükafatları laureatı