BDU-nun mətbuat katibi işdən çıxdı

Sosial
3-02-2022, 20:04

BDU-nun mətbuat katibi işdən çıxdı
Bakı Dövlət Universitetinin İctimaiyyətlə əlaqələr və informasiya şöbəsinin müdiri Günel İsgəndərova işdən ayrılıb.

G. İsgəndərova bu barədə özü məlumat verib.

O, vəzifəsindən öz istəyilə ayrıldığını deyib:

"Maraqlı, məsuliyyətli və məhsuldar təcrübə idi. Bundan sonrakı fəaliyyətimi BDU-nun Tarix muzeyinin müdiri və Jurnalistika fakültəsinin müəllimi kimi davam etdirəcəyəm".