Laçında beynəlxalq forum keçiriləcək

Sosial
29-04-2022, 11:00
Laçında beynəlxalq forum keçiriləcək

"Belə təklif var ki, "Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfrans Laçında da keçirilsin”. 

Bunu ADA Universitetinin rektoru Hafiz Paşayev "Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfransda Prezident İlham Əliyevə deyib. 

Prezident İlham Əliyev isə buna razılıq verdiyini bildirib.

Qeyd edək ki, aprelin 28-də Şuşada "Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” adlı beynəlxalq forum öz işinə başlayıb.