46 SAYLI SUMQAYIT BEŞİNCİ SEÇKİ DAİRƏSİ SƏSVERMƏYƏ HAZIRDIR
Sosial
31-01-2024, 17:34
Bu il fevralın 7-nə təyin edilmiş Azərbaycan Respublikası Prezidenti seçkilərinə sayılı günlər qalır. Sumqayıt ərazisində fəaliyyət göstərən 46 saylı Sumqayıt beşinci seçki dairəsində seçkilərə hazırlıq işləri tam başa çatıb və bütün seçki məntəqələri səsverməyə hazır vəziyyətə gətirilib.
Dairə seçki komissiyasının sədri Elgün Hümbətov XeberEkspress-ə bildirib ki, komissiya seçki prosesinə start veriləndən bu günə qədər öz işini Azərbaycan Respublikası Seçki Məcəlləsinin tələblərinə uyğun şəkildə qurub. Komissiyanın iclaslarında müzakirə olunan məsələlər barəsində müvafiq qərarlar qəbul edilib, seçki komissiyasının üzvləri üçün kurslar, seminar-treninqlər təşkil olunub.
Qeyd edib ki, seçicilər öz iradələrini 37 məntəqədə ifadə edəcəklər. Dairə üzrə seçki siyahısında 51 min 81 nəfər qeydə alınıb. Onlardan 225-i ilk dəfə səs vermək hüququndan istifadə edəcək. Siyahıda 80 yaşından yuxarı 685 seçici var
Seçkilərin şəffaf və demokratik şəkildə keçirilməsi üçün bütün tədbirlər görülüb, məlumat guşələri hazırlanıb. Eyni zamanda, müşahidəçilərin akkreditasiyası aparılır. Dairənin tərkibində olan 5 məntəqədə veb-kamera quraşdırılıb. Bundan əlavə, əlillərin rahat səs vermələri üçün 15 məntəqədə panduslar qoyulmuşdur. İndiyədək 311 müşahidəçi qeydiyyatdan keçmişdir. Bu da səsvermə prosesini real zamanda müşahidə etmək imkanı yaradacaq”, - deyə Elgün Hümbətov əlavə edib.
XeberEkspress.az
