Bakı Xoreoqrafiya Akademiyasının təqdimatında “Şelkunçik” baleti

Sosial
18-03-2024, 16:30

Bakı Xoreoqrafiya Akademiyasının təqdimatında “Şelkunçik” baleti
Bakı Xoreoqrafiya Akademiyasının (BXA) təşkilatçılığı ilə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Mərkəzində Pyotr Çaykovskinin "Şelkunçik” baleti nümayiş etdirilib.  

Tədbirdə BXA-nın rəhbərliyi, mədəniyyət və incəsənət xadimləri, media nümayəndələri və digər qonaqlar iştirak ediblər.

Baletin quruluşçu xoreoqrafı, Azərbaycan Respublikasının əməkdar müəllimi, Prezidentin fərdi təqaüdçüsü, BXA-nın müəllim-xoreoqrafı Aqalıyay Pelumbdur.  Akademiyanın təşkilatçılığı ilə təqdim olunan balet əsəri şagird və tələbə heyətinin maraqlı çıxışı, əsrarəngiz musiqi və zəngin dekorasiyalarla yadda qalıb.

Konsert proqramı böyük maraqla qarşılanıb.