Milli Mətbuatımızın 149 illiyi

Sosial
22-07-2024, 07:09


Dövlətimiz öz müstəqilliyini bərpa etdikdən sonra xilaskarımız, ulu öndər Heydər Əliyevin mətbuat sahəsindəki yürütdüyü siyasət, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.Böyük maarifçi Zərdabinin 1875-ci ildə əsasını qoyduğu ilk anadilli qəzet, Əkinçi qəzetinin nəşrə başladığı, 22 iyul tarixi ölkəmizdə Milli Mətbuat Günü kimi qeyd edilir. Milli mətbuatımız bu illər ərzində ölkəmizdə mövcud ictimai-siyasi, mədəni proseslər, demokratik inkişaf və vətəndaş cəmiyyəti quruculuğu, mənəvi dəyərlərin qorunması və təbliğində mühüm rol oynamışdır.Belə ki, Ulu öndərin 06 avqust 1998-ci il tarixli imzaladığı fərmana

əsasən senzuranın ləğv edilməsi ilə, Milli Mətbuatımızın inkişafında yeni mərhələnin əsası qoyulmuşdur.Hazırda da ölkə rəhbəri Prezident İlham Əliyevin mətbuatın inkişafına göstərdiyi diqqət və qayğı Mətbuatımıza və onun tarixinə ehtiramın dövlət siyasəti səviyyəsində olduğunun bilavasitə göstəricisidir.Qürurla qeyd edirəm ki, artıq bu gün xalqımız tarixi ənənə və dövlətçilik mövqeyinin qorunmasında önəmli xidmətlərə sahiblənmiş Azərbaycan Milli Mətbuatının 149-cu ildönümünü qeyd edir.Artıq bu gün ölkəmizdə böyük və peşəkar bir Mətbuat, jurnalist ordusu yetişmişdir.Mən deyərdim ki, bu peşə yalnız dərin bilik yox, eyni zamanda da xüsusiistedad tələb edən,maraqlı və mürəkkəb bir peşədir.Xüsusi qeyd edirəm ki,mətbat işçisi olmaq, həm də qərəzsiz məlumat  bələdçisi olmaq deməkdir.
Sonda bu bayram, Milli Mətbuat günü münasibəti ilə bütün dəyərli mətbuat işçilərini, əziz və hörmətli qələm sahiblərini ürəkdən təbrik edirik, onlara bu şərəfli fəaliyyətlərində uğurlar arzu edirik!

YAP Saatlı təşkilatı,15 saylı ƏPT-n sədri     
Məmmədov Vüqar.
Milli Mətbuatımızın 149 illiyi