Cəmilə Məmmədovanın seçkiqabağı təbliğat-təşviqat kampaniyası başlayıb

Sosial
16-08-2024, 19:09
 

46 SAYLI SUMQAYIT BEŞİNCİ SEÇKİ DAİRƏSİ üzrə deputatlığa namizəd Məmmədova Cəmilə Zakir qızı təbliğat-təşviqat kampaniyasına başlayıb.

Bu barədə XeberEkspress.az-a namizədin  seçki qərargahından məlumat verilib.

Cəmilə Məmmədovanın parlament seçkisi ilə bağlı Sumqayıt şəhərində yaradılan qərargahında qanunvericilik çərçivəsində təbliğat və təşviqat kampaniyası üçün bütün şərait yaradılıb.
Namizədin seçkidə iştirak edəcək səlahiyyətli nümayəndələri, vəkillər və müşahidəçilər müəyyən olunub, işçi qrupu formalaşdırılıb.
Təbliğat-təşviqat məqsədi üçün materiallar hazırdır və "GƏLƏCƏYƏ SƏS VER" devizi altında təşviqat kampaniyasına start verilib.

XeberEkspress.az