Deputat Elnarə Akimova Milli Məclisin ilk iclasından danışdı

Sosial
24-09-2024, 14:09
 

Ölkə başçısı, Cənab Prezident İlham Əliyevin dünən, Yeddinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasındakı çıxışı ehtiva elədiyi bir çox məqamları ilə əhəmiyyətli idi və bir çox mühüm məqamlara vurğu salırdı. Dövlətimizin hərbi gücünün artırılması, informasiya təhlükəsizliyi, milli birlik amili, ailə, təhsil və milli-mənəvi dəyərlərin qorunması, beynəlxalq mövqelərin möhkəmləndirilməsi, Qarabağ və Şərqi Zəngəzurun bərpası kimi önəmli məsələləri əhatə edərək, Azərbaycanın gələcək inkişafı üçün uğurlu bir yol xəritəsi cızırdı. Və hər şeydən əvvəl, bu, qalib xalqın liderinin çıxışı idi! Məğrur, qətiyyətli, nə etdiyini və istədiyini bilən güclü Lider obrazı necə olur - buna dünən bir daha şahid olduq! - deyə Elnarə Akimova vurğulayıb.