Ukrayna Xersonu atəşə tutdu: 22 nəfər öldü

Dünya
8-06-2024, 11:00
Ukrayna Xersonu atəşə tutdu: 22 nəfər öldü
Ukrayna Silahlı Qüvvələri Xerson vilayətinin Sadovoye və Qolopristanski kəndlərini raket atəşinə tutub.

Bu barədə Xersonun "qubernatoru” Vladimir Saldo deyib.

O bildirib ki, hücum nəticəsində mağaza dağılıb.

Saldonun sözlərinə göə, zərbə zamanı 22 nəfər həlak olub, 15-i yaralanıb. Əraziyə xilasedicilər cəlb edilib.