ABŞ Ukraynaya hərbi yardımı davam etdirəcək - Rutte

Dünya
4-04-2025, 21:00
ABŞ Ukraynaya hərbi yardımı davam etdirəcək - Rutte

ABŞ Ukraynanın müdafiəsi üzrə təmas qrupunun (Ramştayn) növbəti iclasında iştirak etməməsinə baxmayaraq, Kiyevə əvvəlki hərbi yardımını davam etdirəcək.

Bunu NATO Baş katibi Mark Rutte deyib.

“Qrupa digər NATO dövlətləri rəhbərlik edəcək. ABŞ-dan yardımın verilməsi isə normal formatda davam edəcək”, - Rutte bildirib.