Hakan Fidan Rubio ilə müzakirə APARDI

Dünya
14-04-2025, 20:00
Hakan Fidan Rubio ilə müzakirə APARDI

Türkiyə xarici işlər naziri Hakan Fidan ABŞ dövlət katibi Marko Rubio ilə telefon danışığı aparıb.
Bu barədə Türkiyə mediası məlumat yayıb.
Telefon danışığında ikitərəfli əlaqələr, Qəzzada humanitar vəziyyət və Rusiya-Ukrayna müharibəsində atəşkəs üçün diplomatik səylər müzakirə edilib.