Fidan Barrotla Rusiya-Ukrayna müharibəsinin həlli ətrafında müzakirələr aparıb
Dünya
31-05-2025, 18:30

Türkiyənin xarici işlər naziri Hakan Fidan Fransanın Avropa və xarici işlər naziri Jan-Noel Barrotla telefonla danışıb.
Bu barədə Türkiyə Xarici İşlər Nazirliyindən bildirilib.
Tərəflər Fələstin və Suriyadakı son prosesləri müzakirə ediblər.
Onlar, həmçinin Rusiya-Ukrayna müharibəsinin başa çatması üçün ortaya qoyulan səylər barədə danışıblar.