Qvatemalada baş verən zəlzələdə bir nəfər ölüb

Dünya
30-07-2025, 10:00
Qvatemalada baş verən zəlzələdə bir nəfər ölüb

Qvatemalada baş verən zəlzələ nəticəsində ən azı bir nəfər ölüb, 20-dən çox yaşayış evinə ciddi ziyan dəyib.


Bu barədə Qvatemala Bələdiyyə və Departament Yanğınsöndürənlərinin Milli Assosiasiyası məlumat yayıb.


"San-Migel kəndi, Hutiapa departamenti. İlkin məlumatlara görə, ən azı 20 evə ciddi ziyan dəyib. Orta dərəcəli xəsarət alan iki şəxsə yardım göstərilib, bir qocanın ölümü təsdiqlənib", - yanğınsöndürənlər assosiasiyası qeyd edib.


Onlar əlavə ediblər ki, bir neçə ailə evlərini tərk etmək məcburiyyətində qalıb. Səlahiyyətlilər zərərçəkənlərə müvəqqəti sığınacaq və lazımi yardım göstərmək üçün tədbirləri koordinasiya edir.