Gələn həftə Türkiyədə görüşəcəklər
Dünya
19-10-2025, 12:00

Pakistan və Əfqanıstan nümayəndə heyətləri gələn həftənin sonunda Türkiyədə danışıqları davam etdirəcəklər.
Bu haqda Pakistanın Müdafiə naziri Xavaca Asif “X” sosial media platformasında məlumat verib.
“Nümayəndə heyətləri oktyabrın 25-də İstanbulda yenidən görüşəcək və biz bütün detalları müzakirə edəcəyik”, - deyə o, ölkələr arasında atəşkəs rejimini təsdiqləyib.