Təxribatçı çıxışlar edib, insanları çaşdıran erməni imiş – VİDEO

Gündəm
15-07-2020, 16:11
 

Təxribatçı çıxışlar edib, insanları çaşdıran erməni imiş – VİDEO

 

 
Ötən gün sosial şəbəkələrdə kimliyi məlum olmayan şəxs tərəfindən təxribata yönəlik videoçağırış yayımlanıb.

Xeberekspress.az xəbər verir ki, sözügedən şəxs ağlaya-ağlaya səfərbərlik elan olunduğunu bildirərək insanlar arasında çaşqınlıq yaradıb. Eyni zamanda Tovuz rayonunun Dondar Quşçu kəndinin və 812-ci diviziyanın vurulduğuna dair yalan informasiya verib. Bu barədə AzTV telekanalında sujet hazırlanıb. Sujetdə bildirilir ki, həmin şəxs milliyətcə ermənidir və Azərbaycan dilini çox yaxşı bilir:

 "O, ağlayaraq, titrəyərək şüarlarla çıxış edib. Ayılmağın zamanıdır. İçimizdə bilmədiyimiz düşmənlər, satqınlar ola bilər və artıq onlardan biri dünən ifşa olundu. Azərbaycan dilində ağlayaraq, təşvişlə çağırış edib. Biz nə bilək ki, o bizdəndir, ya bizdən deyil?!”.