"Ali Baş Komandan ƏMR VER!" - Millət vəkili
"Ermənilərin ölkəmizə qarşı Tovuz istiqamətindəki töretdikləri texribata qarşı amansız cavab alan mənfur düşmən artıq təxribatlarını havadarlarının köməkliyi ilə başqa bir müstəviyə keciriblər. Dünyanın dörd bir yerində yaşayan soydaşlarımızın eməni terrorizmini dünyaya bəyan etmək üçün keçirdikləri dinç nümayişlərdə təxribat yaratmaq üçün teskilatlanıblar. Bunu da məhz avropanın merkəzində edirlər. Hansı ki, həmin mərkəzdəki insan hüquq və azadlıqları guya bu dövlətlərin təməl prinsipləridir və dünya düzəni məhz bu prinsiplərlə idarə olunmalıdır".
Buta.ws xəbər verir ki, bunu SİA-ya açıqlamasında Milli Məclisin üzvü İlham Məmmədov deyib.
Onun sözlərinə görə, bəs görəsən bu hüquq müdafiəsi mərkəzinin raporlarında sayılan, ölkəmizdə insan haqqlarının guya ki, pozulmasından az qala boğazları cırıla-cırıla hay-həşir salan, Freedom House, Amnesty International və "Human Rights Watch" niyə susur, axı Avropanın mərkəzində elə onların gözləri önündə haqq səsini ucaldan, dinc nümayiş keçirərək erməni təcavüzü və insanlığa qarşı yönəlmiş cinayəti alət olduqları dövlətlərin əli ilə təxribat törədərək dinc əhaliyə, sərhədimizi qoruyan əsgərlərimizə ağır artileriyadan atəş açaraq qətlə yetirilmələri barədə dünyaya bəyan etmək istəyən soydaşlarımıza qarşı törədilən cinayət və vandalizmi görmürlərmi: "Təəssüf ki, görürlər, lakin görməzlikdən gəlirlər. Bəs görəsən guya vətən dərdi çəkən satqın, erməni və eyni zamanda Azərbaycanımıza qarşı fitnə fəsad törədənlərin dəyirmanına su tökən Avropada, Amerikada onun bunun yalına görə doğma vətənimizə onun ayrı-ayrı ləyaqətli insanlarına dövlət xadimlərinə hürən o şərəfsizlər hardadır!?".
İ.Məmmədova bildirib ki, bütün dünya azərbaycanlıları ayağa qalxıb Azərbaycan Qarabağ deyir, sapı özümüzdən baltalar isə susur: "Əli Kərimlinin trollarının səsi batıb, əxlaqsız söyüş söyənlər ordusunu səsi batıb, Sevinc Osmanqızı və yeni imicində bığ saxlayaraq özunü banazor ermənisinə oxşadan Cəmil Həsənlinin, Qənimət Zahidlər ağalarından yeni tapşırıqlar gözləyirlər. Ancaq hər qaranlıq gecənin günəşli sabahı var. Bu proseslər bir daha göstərdi ki, elə Azərbaycan dünya azərbaycanlılarının vahid vətəni onun şəksiz lideri isə möhtərəm prezidentimiz Ali Baş Komandanımız İlham Əliyevdir. Sizlər isə artıq ifşa olumusuz xalqın nifrətini qazandız. Sizin yalnız bir gözləntiniz var ki, neftin qiyməti aşağı düşsün, əhalinin sosial vəziyyəti pisləşsin, dəstək verdiyiniz erməni təxribatı daha da aqressiv olsun ki, ölkə qarışsın. Bunu görmək isə sizə nəsib olmayacaq. Hər birimiz bu gün Azərbaycanımızın və Prezidentimizin ətrafinda sipər kimi dayanmışıq. İyul ayının 14-də xalq orduya və Ali Baş Komandana dəstək üçün birlikdə meydanlara çıxdı və yalnız bir şüar var idi. Şəhidlər ölməz! Vətən bölünməz! Ali Baş Komandan əmr ver. Budur xalq, budur birlik! İndi isə bütün dunya deyir Ali Baş Komandan ƏMR VER. Vətənimizə əl uzadanlara qarşı qisasımız amansız olacaq".
