Deputatlar avqustun 5-də plenar iclasa toplanır

Gündəm
3-08-2020, 12:40
 Deputatlar avqustun 5-də plenar iclasa toplanır

Avqustun 5-də Milli Məclisin növbədənkənar sessiyasının plenar iclası keçiriləcək.

Bu barədə  parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

 

Qeyd edək ki, iclasda 2020-ci ilin dövlət büdcəsinə dəyişiklik layihəsi birinci oxunuşda müzakirəyə çıxarılacaq.

İclasda "İşsizlikdən sığorta haqqında”, "Məşğulluq haqqında” qanunlara, İnzibati Xətalar Məcəlləsinə, İşsizlikdən sığorta fondunun, Dövlət Sosial Müdafiə Fondunun 2020-ci il büdcəsinə dəyişikliklər birinci oxunuşda təqdim ediləcək.