Çimərliklərdə nələr qadağandır? - SİYAHI

Gündəm
3-08-2020, 20:39
 

Çimərliklərdə nələr qadağandır? - SİYAHI

 

 

"Çimərlik daxilində hovuzlardan və su attraksionlarından istifadə qadağandır”.

Xeberekspress.Az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN Xidmət) sədri Ülvi Mehdiyev bildirib.

O qeyd edib ki, çimərlik ərazisində ictimai obyektlərin fəaliyyəti qadağandır:

 

"Burada yalnız çatdırılma xidməti mümkündür”.

O qeyd edib ki, çimərliklərdə müxtəlif musiqili proqramların təşkili də qadağandır.