Beyrutdakı dəhşətli partlayışın səbəbi məlum oldu - VİDEO

Gündəm / Dünya
5-08-2020, 09:57
 
 

Beyrutdakı dəhşətli partlayışın səbəbi məlum oldu - VİDEO

 

Livanın paytaxtı Beyrutda baş verən güclü partlayışın ilkin səbəbləri açıqlanıb.

Livanın "LBC International” telekanalı məlumat verir ki, Beyrut limanında baş vermiş partlayış aparılan qaynaq işləri zamanı 2 700 ton selitrin partlaması nəticəsində meydana gəlib.

 

"Oğurluq hallarının qarşısını almaq məqsədilə hasardakı dəliklərdə qaynaq işlərinin icra edildiyi zaman 2 700 ton selitr partlayıb”, - telekanal hüquq-mühafizə orqanlarının ilkin nəticələrinə istinadən xəbər verir.

Livan Səhiyyə Nazirliyinin məlumatına görə, partlayış nəticəsində 78 nəfər ölüb, dörd mindən artıq insan yaralanıb.

Hazırda Beyrut fəlakət bölgəsi elan edilib.


<embed src='https://player.baku.tv/embed/22859' width='560' height='315' frameborder='0' allow='autoplay; encrypted-media' allowfullscreen><embed>