“Aşura”da qanvermə necə təşkil olunacaq? - AÇIQLAMA

Gündəm
15-08-2020, 13:36
 

“Aşura”da qanvermə necə təşkil olunacaq? - AÇIQLAMA

 

 "Koronavirusla əlaqədar ölkədə fəaliyyət göstərən məscidlər işləməyəcək. Bu il "Aşura” günündə Mərkəzi Qan Bankında qanvermə aksiyaları keçiriləcək”. 

Oxu.Az-ın məlumatına görə, bunu TƏBİB-in Mikrobiologiya İşçi qrupunun rəhbəri Qumral Ələkbərova Nazirlər Kabineti yanında operativ qərargahın bu gün keçirilən brifinqində deyib.

 

Onun sözlərinə görə, hazırda bu məsələ Qafqaz Müsəlmanları İdarəsi ilə müzakirə olunur: 

"Sosial məsafə saxlanılmaq şərti ilə də Milli Hematologiya və Transfuziologiya Mərkəzində də qanvermə aksiyaları keçiriləcək”.