“Parlamentin plenar iclasları Şuşa şəhərində keçirilsin” - TƏKLİF
Gündəm
13-11-2020, 13:31
Milli Məclisin plenar iclaslarının işğaldan azad edilən Şuşa şəhərində keçirilməsi təklif edilib.
Oxu.Az-ın müxbirinin məlumatına görə, bu təkliflə parlamentin bu gün keçirilən plenar iclasında deputat Elman Nəsirov çıxış edib.
Deputat bildirib ki, müəyyən vaxtda və məqamda parlamentin iclası Şuşa şəhərində keçirilsin:
"Bəzi qanunları və onlara dəyişiklikləri həmin iclaslarda qəbul edək”.
