Təslim olmaq istəməyən ermənilər mühasirəyə alındı – Video

Gündəm
16-11-2020, 20:37
 
 

Təslim olmaq istəməyən ermənilər mühasirəyə alındı – Video

 


Ağdamda döyüş mövqelərini tərk etmək istəməyən erməni silahlıları mühasirəyə alınıb və onlara xəbərdarlıq edilib.

Xeberekspress.az Musavat.com-a istinadla xəbər verir ki, bu barədə görüntülər Teleqram sosial şəbəkəsində yayılıb.

"Silahları yerə buraxın və təslim olun, bu torpaqlar artıq Azərbaycan Ordusunun nəzarətinə keçəcək. Sənin ölümün heç bir şeyi dəyişdirməyəcək", - deyə erməni silahlılarına xəbərdarlıq edilib.

Qeyd edək ki, dünən Ağdamda təslim olmaq istəməyən erməni hərbi birləşmələri ilə rus sülhməramlıları arasında ataşmanın baş verdiyi haqda məlumatlar yayılmışdı.