Koronavirusa yoluxan baş infeksionistin vəziyyəti pisləşdi

Gündəm
19-11-2020, 22:12
 

Koronavirusa yoluxan baş infeksionistin vəziyyəti pisləşdi

 

 

Koronavirusa yoluxan Gürcüstanın baş infeksionisti, Tbilisi Yoluxucu Xəstəliklər Xəstəxanasının direktoru Tengiz Tsertsvadzenin sağlamlıq durumu ağırlaşıb.

 

Xeberekspress.az xəbər verir ki, o, xəstəxanaya yerləşdirilib.

 

Yüksək temperaturu olan T.Tsertsvadzeyə ikitərəfli pnevmoniya diaqnozu qoyulub.

 

Qeyd edək ki, baş infeksionistdə COVID-19 noyabrın 17-də aşkarlanıb. O, bu günədək ev şəraitində müalicə olunurdu. T.Tsertsvadzenin həyat yoldaşı Ana Topuriya da xəstəliyə tutulub. Onun vəziyyəti qənaətbəxş kimi qiymətləndirilir (report).