Şəhidlər ölmürlər, zaman keçdikcə əfsanəyə dönürlər

Gündəm
28-11-2020, 23:06
 

Şəhidlər ölmürlər, zaman keçdikcə əfsanəyə dönürlər

 

 
Quliyev Şəhriyar Nəsib oğlu 25 may 1990-cı ildə  Ağdam şəhərində anadan olub. Ailəsi ilə birlikdə Sumqayıt şəhərinə köçüb. Uşaqlıqdan idmana maraq göstərən Şəhriyar Xüsusi Təyinatlı Qüvvələrin (X.T.Q)(Yaşma) döyüş qurupunda kəşfiyyatçı olub.

Şəhriyar 2016 ci il aprel döyüşlərində iştirah edib. Vətən Müharibəsində  yenidən meydana atılan igidimiz Cəbrayıl ,Füzuli, Hadrut rayonlarında 27 gün qəhrəmancasına döyüşüb. 150-ə yaxın erməni əsgər və zabitini məhv edib. Məhv edilənlər arasında polkovnik də olub. Sonuncu dəfə Qubadlının uğrunda döyüşündə düşmən sayca 3 dəfə çox olub. Şəhriyar rəşadətlə döyüşüb və iki döyüş yoldaşını döyüş meydanından yaralı çıxardıb. Lakin özü qəhrəmancasına şəhid olub. Camal və Ramal adlı iki oğlu yadigar qalıb. Allah rəhmət eləsin!