Sükut dəqiqəsi
Bu gün Respublika ərazisində Azərbaycanda 44 günlük İkinci Qarabağ Müharibəsində həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sükut dəqiqəsi Ali Baş Komandan, ölkə Prezidenti İlham Əliyevin "Vətən müharibəsi şəhidlərinin xatirəsinin yad edilməsi haqqında” 3 dekabr Sərəncamı ilə baş tutub.
Bir dəqiqəlik sükutla əlaqədar olaraq Dövlət bayraqları endirilib, nəqliyyatın hərəkəti dayanıb, avtomobillərdən, Bakı buxtadındakı gəmilərdən səs siqnalları verilib.
Sükut dəqiqəsi ilə əlaqədar olaraq bu gün Azərbaycanın bütün şəhər və rayonlardakı məscidlərdə, kilsə və sinaqoqlarda Vətən müharibəsi şəhidlərinin anma mərasimləri keçiriləcək.
Sükut dəqiqəsinə Xaricdə çalışan azərbaycanlı dənizçiləri də qoşulub, Azərbaycanın kədərinə şərik olublar.
Birləşmiş Ərəb Əmirliklərinin Abu -Dabi şəhərində fəaliyyət göstərən "ADNOC”şirkətinin, " ADNOC 510” gəmisinin kapitanı Nazim Həbibov təssuratını belə ifadə edib:
" Azərbaycan xalqı işğalla heç vaxt barışa bilməzdi. Bizim işimiz haqq işi idi.Azərbaycanın qəhrəman, igid və mərdoğulları bir daha düşmənə gücümüzü və birliyimizi göstərdilər. Bundan sonra biz daha güclü olmalı, azərbaycan dövlətinin müstəqilliyi və daimiliyi uğrunda, hər birimiz harada olmağımızdan asılı olmayaraq, daha sıx birləşməliyik. Şəhid analarına və atalarına öz dərin kədərimi və ehtiramımı bildirirəm. Azərbaycan xalqına isə səbr və dözüm diləyirəm. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin. Allah Azərbaycanı və xalqımızı qorusun! Qalibiyyətimiz, zəfərimiz mübarək. Bu zəfəri bizə yasadan
Ali Baş Komandan, var ol!
Azərbaycanın Şanlı Ordusu, var ol !
Qəhrəman, mübariz Azərbaycan əsgəri , var ol !”
Allah bütün şəhidlərimizə rəhmət eləsin
