Cəlilabad İcra Hakimiyyətində əməliyyat: İcra başçısı rüşvət alarkən saxlanıldı - YENİLƏNİB

Gündəm
7-12-2020, 14:31
 
 

Cəlilabad İcra Hakimiyyətində əməliyyat: İcra başçısı rüşvət alarkən saxlanıldı - YENİLƏNİB

 

Xəbər verdiyimiz kimi, bu gün hüquq-mühafizə orqanları tərəfindən Cəlilabad rayon İcra Hakimiyyətində əməliyyat keçirilib.

RİH-nin başçısı Namiq Zeynalov rüşvət alarkən həbs edilib.
 
Sfera.az-ın məlumatına görə isə Cəlilabad RİH-dəki əməliyyat Dövlət Təhlükəsizlik Xidməti tərəfindən həyata keçirilib. Təfərrüatları yaxın zamanda təqdim etməyə çalışacağıq.
 
***
11:43

Hüquq-mühafizə orqanlarının əməkdaşları Cəlilabad rayon İcra Hakimiyyətinin binasında xüsusi əməliyyat keçirir.

Bu haqda məlumatı Sabah.az yayıb. Əməliyyat zamanı saxlanılanların olduğu bildirilir.

Qeyd edək ki, Cəlilabad rayonunun icra başçısı 2018-ci ilin fevralın 6-dan Namiq Zeynalovdur.