Navalnıya 30 sutkalıq həbs verilib
Gündəm
18-01-2021, 21:10
Rusiyada məhkəmə siyasətçi Aleksey Navalnı barəsində 30 sutkalıq həbs qərarı verib.
RBK agentliyi xəbər verir ki, məhkəmə iclası Ximki şəhər Daxili İşlər Nazirliyinin 2-ci polis bölməsində baş tutub.
Xatırladaq ki, A.Navalnı ötən gün Almaniyadan Rusiyaya qayıdarkən Moskvanın Şeremetyevo hava limanından saxlanılıb.
