Hacı Əliyev final görüşünə çıxacaq

Gündəm
7-08-2021, 10:59

 

Hacı Əliyev final görüşünə çıxacaq

 

Bu gün Azərbaycan sərbəst güləşçisi Hacı Əliyev Tokio-2020-də final görüşünə çıxacaq.

65 kq çəkidə mübarizə aparan idmançımızın rəqibi Takuto Otoquro (Yaponiya) olacaq. Döyüşün Bakı vaxtı ilə saat 14:40-da başlaması gözlənilir.

Qeyd edək ki, H.Əliyev bundan əvvəlki mərhələlərdə Adama Diatta (Seneqal), Daulet Niyazbekov (Qazaxıstan), Bacranq Puniya (Hindistan) qalib gələrək finala yüksəlib.