Türkiyə ordusundan terrorçulara qarşı növbəti ƏMƏLİYYAT

Gündəm / Sosial
28-09-2021, 09:10

 

Türkiyə ordusundan terrorçulara qarşı növbəti ƏMƏLİYYAT

 

Türkiyə Silahlı Qüvvələrinin bölmələri İraqın şimalındakı "Pençe-Şimşek” və "Pençe-Yıldırım” əməliyyatı zonalarında PKK-nın bir neçə terrorçusunu zərərsizləşdirib.

Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd edilir ki, artilleriyaçılar "Pençe-Şimşek” əməliyyatı zonasında 3 terrorçunu zərərsizləşdiriblər, daha 1 terrorçu aviasiyanın zərbəsi ilə "Pençe-Yıldırım” əməliyyatı zonasında məhv edilib.

Nazirlik regionda antiterror əməliyyatının qətiyyətlə davam etdiriləcəyini vurğulayıb.