Rektor deputatın bacısı oğluna VƏZİFƏ VERDİ - FOTO
Gündəm / Sosial
25-10-2021, 10:33
Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinika Tədris Mərkəzinə yeni direktor müavini təyin edilib.
Unikal.org-un əldə etdiyi məlumata görə, bununla bağlı ATU-nun rektoru Gəray Gəraybəyli əmr imzalayıb.
Əmrə əsasən, sözügedən vəzifəyə Azər Qaragözov təyinat alıb. Qeyd edək ki, o, Milli Məclisin deputatı Məlahət İbrahimqızının bacısı oğludur.
