Yaşayış minimumu 210 manata qaldırıldı

Gündəm / Sosial
4-11-2021, 18:58

Yaşayış minimumu 210 manata qaldırıldı

 


2022-ci il üçün yaşayış minimumunun ölkə üzrə məbləği artırılır.

Bununla bağlı məsələ "2022-ci il üçün yaşayış minimumu haqqında” qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, 2022-ci ildə ölkə üzrə yaşayış minimumunun məbləğinin 210 manat müəyyən edilməsi nəzərdə tutulur.

Xatırladaq ki, 2021-ci il üçün yaşayış minimumunun ölkə üzrə məbləği 196 manat olub.

Qeyd edək ki, "Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” qanun layihəsinin ilkin variantında 2022-ci ilin dövlət büdcəsində yaşayış minimumunun həddi 205 manat müəyyən edilmişdi.