Azərbaycan polisi Gorus-Qafan yolunda - FOTOLAR
Gündəm / Sosial
15-11-2021, 17:13
Daxili işlər orqanlarının əməkdaşları işğaldan azad olunmuş ərazilərdə xidmətini davam etdirir.
DİN Mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev Gorus-Qafan yolunda xidmət aparan polis əməkdaşlarının fotolarını sosial şəbəkə hesabında paylaşıb.
"Daxili işlər orqanlarının əməkdaşları işğaldan azad olunan bütün ərazilərdə ictimai qaydanın və ictimai təhlükəsizliyin keşiyindədir. Qarabağ Azərbaycandır!", - deyə o paylaşımında qeyd edib.


