Türkiyəli həkimlər “Türkovac”la əlaqədar Azərbaycana GƏLDİ

Gündəm / Sosial
15-11-2021, 21:01

Türkiyəli həkimlər “Türkovac”la əlaqədar Azərbaycana GƏLDİ

 


Türkiyə Sağlıq İnstitutunun başçısı Erhan Akdoğan və Türkiyə Vaksin İnstitutunun rəhbəri Ateş Kara "Türkovac” vaksininin 3-cü faza klinik çalışmaları ilə əlaqədar Azərbaycanda səfərdədirlər.

Bu barədə Türkiyənin Azərbaycandakı səfirliyindən bildirilib.

Onlar Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı ilə görüşərək 3-cü mərhələnin Azərbaycanda həyata keçirilməsi haqqında məlumat verib, prosesin koordinasiyası ilə bağlı məsləhətləşmələr aparıblar.