Şuşada elektron sənəd dövriyyəsinin tətbiqinə başlanıldı

Gündəm / Sosial
22-11-2021, 09:59
 

Şuşada elektron sənəd dövriyyəsinin tətbiqinə başlanıldı

 


Bu gündən etibarən Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ("ASAN Xidmət") "Mərkəzləşdirilmiş elektron sənəd dövriyyəsi” (MESD) proqramının tətbiqinə başlayıb.

Bu barədə  İdarədən bildirilib.

Proqram sənədlərin icrasında operativliyin və effektivliyin artmasına, müvafiq dövlət qurumları ilə rabitənin möhkəmlənməsinə töhfə verəcək.