Hikmət Hacıyevdən sərhəddəki vəziyyətlə bağlı AÇIQLAMA
Gündəm / Sosial
2-12-2021, 14:16
"Hazırda Azərbaycan-Ermənistan sərhədində vəziyyət sabit olaraq qiymətləndirilir”.
Bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə açıqlamasında bildirib.
"Hərbi qulluqçularımız ölkəmizin suveren ərazilərində xidmətlərini həyata keçirirlər", - o vurğulayıb.
