Azərbaycanda əcnəbi tələbələrin sayı AÇIQLANDI

Gündəm / Sosial
27-12-2021, 12:02
Azərbaycanda əcnəbi tələbələrin sayı AÇIQLANDI
2021-2022-ci tədris ili üzrə ölkənin ali və orta ixtisas təhsili müəssisələrində 101 ölkədən 7400-ə yaxın əcnəbi və vətəndaşlığı olmayan tələbə təhsil alır.

Bu barədə Xeberekspress.az a Təhsil Nazirliyindən bildirilib.

Əcnəbi tələbələr Türkiyə, İran, Gürcüstan, Rusiya, İraq, Nigeriya, Suriya, Hindistan, Pakistan, Çin və digər ölkələri təmsil edir.