"Böyük Britaniya minalarla mübarizədə təcrübəsini Azərbaycanla bölüşür" - Səfir
Gündəm / Sosial
19-01-2022, 21:45

"Zəngilan, Füzuli, Bərdəyə səfərlərimdə minalardan çirklənmənin miqyasını gördüm".
Bunu Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp tviterdə yazıb.
Paylaşımda deyilir ki, Böyük Britaniya minalarla mübarizədə bilik, texnologiya və təcrübəsini Azərbaycanla bölüşür:
"Bu gün məcburi köçkünlərin öz evlərinə təhlükəsiz qayıtması üçün ANAMA ilə işləyən britaniyalı minatəmizləmə mütəxəssisi ilə görüşdüm".
