Türkiyədə avtobus dərəyə aşıb - Ölənlər var
Gündəm / Dünya
23-01-2022, 13:00

Türkiyənin İstanbul şəhərində, Şimali Mərmərə şosesində sərnişin avtobusu dərəyə yuvarlanıb.
Xeberekspress.az xarici KİV-yə istinadən xəbər verir ki, hadisə nəticəsində 2 nəfər ölüb, yaralananlar var.
Qəzanın səbəbi hələ müəyyən edilməyib.
Hadisə yerinə çoxlu sayda təcili tibbi yardım və yanğınsöndürənlər cəlb edilib.