Bakıda 18 yaşlı qız FACİƏLİ ŞƏKİLDƏ ÖLDÜ

Gündəm / Hadisə
20-09-2022, 12:31
Bakıda 18 yaşlı qız FACİƏLİ ŞƏKİLDƏ ÖLDÜ

Bakıda 18 yaşlı qız 8-ci mərtəbədən yıxılaraq ölüb.

Baş Prokurorluğun Mətbuat xidmətindən  bildirilib ki, sentyabrın 19-da, Binəqədi rayonu, Mir Cəlal küçəsi 72 ünvanında yaşayan 2004-cü il təvəllüdlü Sevinc Bəkdəmirova pəncərələri silərkən ehtiyatsızlıqdan 8–ci mətəbədən yerə yıxılaraq ölüb.

"Faktla bağlı Binəqədi rayon prokurorluğunda araşdırma aparılır", - məlumatda qeyd olunub.