Bakı Nəqliyyat Agentliyində əməliyyat keçirilir

Gündəm / Hadisə
25-07-2023, 22:12
Bakı Nəqliyyat Agentliyində əməliyyat keçirilir
Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Bakı Nəqliyyat Agentliyində əməliyyat keçirir.

"Qafqazinfo”nun əldə etdiyi məlumata görə, əməliyyat-axtarış tədbirləri hazırda davam edir.

Məlumatı Baş Prokurorluğun Mətbuat xidmətindən saytımıza təsdiq ediblər.

Qeyd olunub ki, əməliyyatın detalları barədə əlavə məlumat veriləcək.

"Qafqazinfo”