SEPAH yenə hədələdi: Düşmənlər məğlub olacaq

Gündəm / Dünya
11-09-2024, 18:47
 
SEPAH yenə hədələdi: Düşmənlər məğlub olacaq
Fələstin xalqı tezliklə qələbənin şirin dadını, İsrail və başqa düşmənlər də məğlubiyyətin acı dadını dadacaqlar.

Bu sözləri SEPAH komandiri Hüseyn Salami deyib.

"İran ABŞ-la hərbi silahlarla deyil, gənclərin inanc silahları ilə vuruşur. Buna görə də ABŞ-la hər hansı razılaşmaya getməyəcəyik”, - Salami bildirib.