Kölndə partlayış: Alman polisi əməliyyata başladı
Gündəm / Dünya
16-09-2024, 11:44

Almaniyanın Köln şəhərinin mərkəzində partlayış baş verib.
Bu barədə "Bild” nəşri məlumat yayıb.
"Hohenzollernrinq küçəsində səhər saatlarında partlayış olub”, - məlumatda qeyd olunub.
Polisin partlayışın baş verdiyi rayonda böyük əməliyyat apardığı bildirilir.