Azərbaycanda minimum aylıq əməkhaqqının məbləği artırıldı
Gündəm / Dünya
1-01-2025, 13:30

Prezident İlham Əliyevin minimum aylıq əməkhaqqı ilə bağlı imzaladığı Sərəncam bu gündən qüvvəyə minib.
Minimum aylıq əməkhaqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilib.
Qeyd edək ki, minimum aylıq əməkhaqqının məbləği 2023-cü il yanvarın 1-dən bugünədək 345 manat təşkil edirdi.