Lavrov: Moskva İrəvanla Bakı arasında normallaşmaya kömək etməyə hazırdır
Gündəm / Dünya
21-01-2025, 13:47

Rusiya Ermənistanla Azərbaycan arasında bütün istiqamətlərdə münasibətlərin normallaşmasına kömək etməyə hazırdır.
Bunu ölkənin xarici işlər naziri Sergey Lavrov erməni həmkarı Ararat Mirzoyanla danışıqlar zamanı deyib.