Nərimanovda beşmərtəbəli binada yanğın başlayıb
Gündəm / Dünya
15-02-2025, 14:48
Bakı şəhəri, Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsində yerləşən beşmərtəbəli binada yanğın baş verib.
Yenixeber.org xəbər verir ki, bu haqda FHN Mətbuat xidməti məlumat yayıb
Bildirilib ki, dərhal FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri əraziyə cəlb olunub.
Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.
Əlavə məlumat veriləcək.